Təhlükəsizlik kəməri taxmayan sürücü pəncərədən çölə düşdü

HADİSƏ 05 iyn 2023, 21:43
Türkiyədə sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil baryerə çırpılıb. Nəticədə təhlükəsizlik kəməri taxmayan sürücü avtomobilin pəncərəsindən çölə düşüb.

Demokrat.az
xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Belə ki, avtomobil sürətlə baryerə çırpılıb. Qəzanın gücü ilə təhlükəsizlik kəməri taxmayan sürücü pəncərədən çölə düşərək xəsarət alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilib.

İlkin araşdırmalar zamanı sürücünün təhlükəsizlik kəmərini arxadan bağladığı müəyyən edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top