Qonağı tərəfindən döyülən şəxs vəfat etdi

HADİSƏ 05 iyn 2023, 20:40
Türkiyədə evinə qonaq gələn dostu tərəfindən döyülən şəxs dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, hadisə Türkiyənin Eskişehir vilayətində baş verib.

İki dost birlikdə evə gəlib və aralarında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə davaya çevrilib və qonaq gələn 48 yaşlı kişi dostunu güldanla vuraraq başından yaralayıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralı dərhal müdaxilə edilməsinə baxmayaraq dünyasını dəyişib. 

Hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top