Burak Yılmaz karyerasını başa vurdu: “Beşiktaş”ın məşqçisi olur

İDMAN 05 iyn 2023, 19:35
Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz futbolçu karyerasını başa vurub.

Bu barədə futbolçu təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, 37 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Türkiyə mətbuatı B.Yılmazın “Beşiktaş”da baş məşqçi Şenol Güneşin köməkçisi olacağını yazıb.

Son olaraq Niderlandda “Fortuna”nın (Sittard) formasını geyinmiş forvard karyerası ərzində Türkiyədə “Qalatasatay”, “Beşiktaş”, “Trabzonspor”, “Fənərbağça”, “Antalyaspor”, “Eskişehirspor”, “Manisaspor”, Çində “Beyçin Qoan”, Fransada “Lill”in uğurları üçün çalışıb. O, Türkiyə millisinin heyətində 77 matç keçirib və 31 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top