“Ermənilərin atəşkəs rejimini tez-tez pozmasının səbəbləri müxtəlifdir. Birinci səbəb Ermənistanla bağlıdır. Məlumdur ki, İkinci Qarabağ savaşından sonra ayrı-ayrı vaxtlarda həyata keçirilən əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu bir sıra vacib yüksəkliklərdə möhkəmlənib. Bu yüksəkliklər Ermənistanın sərhəd boyu yolları və ərazilərini nəzarətdə saxlamaq imkanı verir. Odur ki, Ermənistan hər vəchlə həmin yüksəklikləri ələ keçirmək üçün zaman-zaman təxribatlara əl atır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq qeyd edib ki, bu məsələdə ermənilər həm Avropaya, həm də Rusiyaya güvənirlər:
“Onlar yanlış olaraq düşünürlər ki, Avropa İttifaqı müşahidə missiyasının arxasında gizlənərək bu cür təxribatlarla nəyəsə nail ola bilərlər. Təbii ki, digər səbəb isə Rusiya ilə bağlıdır.
Rusiya Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil və münasibətlərin normallaşmasına tərəflərə təzyiq imkanlarını itirmək kimi baxır. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nəticə etibarilə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına gətirib çıxaracaq. Çünki sülh varsa, artıq sülhməramlı qüvvələrə də ehtiyac yoxdur və Rusiyanın Ermənistandakı hərbi bazasına da ehtiyac qalmayacaq. Odur ki, atəşkəs rejiminin pozulması Rusiyanın maraqlarına cavab verir”.
Y.Bağırzadə bildirib ki, Rusiya “sülhməramlıların” ərazilərimizdə qalma müddətinin uzadılmasına çalışır:
“Amma istənilən halda atəşkəs rejiminin hansı səbəbdən pozulmasından asılı olmayaraq bunun məsuliyyəti Ermənistanın və bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Şəhanə
Demokrat.az