Benzema “Real Madrid”dən gedir

İDMAN 04 iyn 2023, 16:15
Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top