Dövlət Komissiyası: "Şuşada kütləvi məzarlıqlarla bağlı axtarış işləri davam etdiriləcək"

QARABAĞ 03 iyn 2023, 13:53
"Şuşada kütləvi məzarlıqlarla bağlı axtarış işləri davam etdiriləcək".

Demokrat.az
xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şuşada yeni aşkarlanan məzarlıqda 4 nəfərə aid meyit qalığı müəyyən edilib.

"Şuşada kütləvi məzarlıqla bağlı axtarış və araşdırma işlərini davam etdirəcəyik. Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə buraya ayrıca mütəxəssis qrupu göndəriləcək və qazıntı işləri davam etdiriləcək", - E.Səmədov vurğulayıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top