Nazir müavini: Orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq

SOSİAL 03 iyn 2023, 12:03
Bu il orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağını proqnozlaşdırırıq.

Demokrat.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, 2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır.

"Bizim əsas hədəflərimiz şəxsin əmək bazarına daxil olarkən onun bilik, bacarıq və kvalifikasiyalara sahib olmasıdır. Proqnozlar göstərir ki, peşə təhsili olanların növbəti dövrlərdə uğurlu karyera qurma imkanları ixtisaslı şəxslərə münasibətdə daha yüksəkdir".//APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top