Emin Əmrullayev valideynlərə çağırış edib

SOSİAL 03 iyn 2023, 12:15
"Hər bir insanın içində bir istedad var. O istedadı vaxına üzə çıxarmaq isə əsas məsələdir".

Demokrat.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, insanı dəyişdirən onun mühitidir: "İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərcləniləcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir".//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top