Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb

KRİMİNAL 02 iyn 2023, 20:21
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində qeydə alınıb. "VAZ-21010" və "Saipa" markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top