İlon Mask Pekinə sürpriz səfəri zamanı Çin Xalq Respublikasının nazirləri ilə görüş keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata əsasən, "Tesla"nın baş direktoru yüksək səviyyəli danışıqlarını dünyanın aparıcı elektrik avtomobil bazarı və istehsal bazası olan Çində davam etdirir.
Mask səfər çərçivəsində ölkənin xarici işlər, sənaye və ticarət nazirləri ilə görüşüb.
Ticarət naziri Venq Ventao, Çində xarici tərəfdaşları olan şirkətlərin uzunmüddətli və sabit inkişafını dəstəkləməyə davam edəcəklərini söyləyib.
Qeyd edək ki, Mask Çinin inkişaf potensialını da vurğulayaraq, qarşılıqlı əməkdaşlıq arzusunu açıq şəkildə ifadə edib.
Aysu
Demokrat.az