Rusiyanın bu silahı Ukraynada ilk dəfə məhv edildi — FOTO

HƏRBİ 31 may 2023, 15:42
Ukraynadakı müharibədə ilk dəfə olaraq Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin komanda məntəqəsi məhv edilib.

Qeyd edək ki, bu, Rusiyanın müdafiə sisteminin ən vacib hissələrindən biridir.

Demokrat.az xəbər verir ki, Rusiyanın məhv edilən S-400 “Triumf” zenit-raket kompleksinin 55K6A komanda məntəqəsinin fotoları Spy's Dossier teleqram kanalında yayılıb. Kanalın müəllifinin sözlərinə görə, texnika Ukrayna ordusu tərəfindən Xerson vilayətində HIMARS raket sisteminin köməyi ilə məhv edilib.

Açıq məlumatlara görə, bu, müharibə başlayandan bəri S-400 komponentinin ikinci itkisidir. Birinci itki bu qış Zaporojyedə qeydə alınıb. Dağıdılmış “Triumf”un sosial şəbəkələrdə yayılan fotolarından aydın olur ki, Rusiyan o zaman S-400-ün buraxılış qurğusunu itirib.

S-400 "Triumf" Rusiya tərəfindən silahlanmaya 2007-ci ildə qəbul edilib. Maksimal uçuş məsafəsi 400 kilometrdir.

Rusiya Müdafiə Nazirliyi S-400-ləri hava hücumundan müdafiənin əsas elementlərindən biri adlandırır.

Sistem digər ölkələrə - Belarus, Hindistan, Çin və Türkiyə də satılıb. Pentaqon 2023-cü ilin martında sanksiyaların ləğvi müqabilində Ankaraya S-400 hava hücumundan müdafiə sistemini Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi təklif edib. Lakin Türkiyə bundan imtina edib. (Bakupost.az)



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top