ABŞ-ın Əfqanıstanda buraxdığı silahlar İran-Əfqanıstan müharibəsinin qızışmasına səbəb ola bilər — AÇIQLAMA

HƏRBİ 31 may 2023, 11:17
"İran islam inqilabından sonra müsəlman ölkələrinə yönəlik xarici siyasətində əsasən şiəlik üzərindən müdaxilələr edirdisə, Xomeyninin ölümündən sonra bu faktorun üzərinə fars milliyətçiliyi də əlavə edildi. Sünni Tacikistan və Özbəkistanın etnik fars toplumları ilə əlaqələr quruldu. Bu dəyişiklik İranının Əfqanıstana yönəlik siyasətində də yer aldı". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Vasif Əfəndi deyib. 

Politoloq bildirib ki, həmin zamanlar şiə lideri Abdul Ali Mazari tərəfindən əsası qoyulan İslam Birlik Pariyası (Hizb-e Vəhdət) İran tərəfindən xüsusi olaraq dəstəklənməyə başlanılıb:

"İranın xüsusi dəstəyi ilə bir-birinə qarş olan fərqli şiə qruplaşmaları bu partiyanın kölgəsi altında birləşdi. Bundan sonra isə partiya islamçılıq ideologiyasından tədricən fars milliyətçiliyi üzərinə tələb və istəklərini ana xətt olaraq qəbul etdi. Orta Asiya ölkələrinin zəngin enerji qaynaqlarının Əfqanıstan üzərindən Pakistanın Karaçi limanı vasitəsilə dünyaya çıxışını əngəlləyərək daşınmanı İran ərazisindən keçməsi üçün çalışan İran Taliban səddini aşmağa çalışırdı. 

Türkiyədə keçirilmiş seçki öncəsi Kamal Kılıçdaroğlu tərəfindən gündəmə gətirilən yeni yol xəritəsi bu layihənin tərkib hissəsi ola bilər. Əlbəttə ki, ABŞ Ordusu Əfqanıstandan çıxarkən, çox sayda silah-sursatını orada buraxması gələcəkdə İran-Əfqanıstan müharibəsinin qızışdırlmasına hesablana bilər".



Analitik hesab edir ki, əfqanların böyük müharibə təcrübəsi olsa da, onlar daha çox partizan müharibəsi sahəsində peşəkardılar:

"Bu iki ölkədə geniş miqyaslı hərbi toqquşma başlayarsa və bu davamlı olarsa, İran çox böyük zərər görər. Uzunmüddətli müharibələr zamanı Əfqanıstanda sosial obyektlərin inşasına diqqət edilməməsi  və abadlıq işlərinin aparılmaması fonunda onların itirəcəyi bir şey də yoxdur. 

İran isə embarqolara baxmayaraq, Əfqanıstandan fərqli olaraq qismən inkişaf edə bilsə də, müharibə olacağı təqdirdə itirəcəyi çox şey var. Eyni zamanda, Taliban və İranın narkotik qaçaqmalçılığı da rəqabət zolağındadırlar. 
Məlumdur ki, Əfqanıstanda baş verən daxili savaş nəticəsində 2 milyon qaçqın İrana pənah aparıb. Beləliklə, iki ölkə arasında münasibətlər heç də sadə deyil və bun görə də, daha dərin analizə ehtiyac var.

Hazırki insident Gilmənd çayının su ehtiyatlarından istifadəyə görə hörüklənsə də, problemin kökündə regional geosiyasi vəziyyət dayanır. 
Taliblərin daha da güclənəcəyi təqdirdə üzlərini Rusiyaya tutması rusların qorxulu yuxusudur. İranla toqquşma isə Rusiyanın bir qolunun kəsilməsi deməkdir. 

Ukrayna ilə müharibə aparan Rusiya İrandan hərbi dəstəyin kəsiləcəyindən ehtiyatlanır. Taliblər isə İranla genişmiqyaslı savaş üçün bir-iki aylıq hərbi sursata malikdir. Amerikadan dəstək olmazsa, əməliyyatlar uğursuz nəticələnə bilər. Lakin bu Ukrayna cəbhəsində Qərbə iki aylıq üstünlük verə bilər ki, payız aylarından planladıqları əks hücumu reallaşdıra bilsinlər. Bütün gərginliyə baxmayaraq, bölgədə uzunmüddətli müharibənin başlanacağını ehtimal etmirəm".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top