Vüsalə Mahirqızı: "APA TV-yə qədər Azərbaycanda ciddi internet televiziyası demək olar ki, yox idi"

MEDİA 29 may 2023, 12:55
"APA TV bizim üçün pilot layihə hesab olunurdu. APA TV-yə qədər Azərbaycanda ciddi internet televiziya layihəsi demək olar ki, yox idi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı APA TV-nin 10 yaşı münasibətilə danışarkən deyib. 

Vüsalə Mahirqızı bildirib ki, sosial şəbəkələrin sürətlə informasiya mənbəyinə çevrilməsi bizi belə bir layihə həyata keçirməyə sövq edib: 

"Məncə, nəticə yaxşı oldu. APA TV-dən sonra onlarla internet televiziyası yarandı. Hazırda da bu tendensiya davam edir. 

APA TV artıq platforma yayımçısıdır. Yəqin ki, yaxın aylarda bir neçə kabel televiziyasında da yayımlanacaq. Hazırda APA TV nin müxtəlif sosial media platformalarında milyonlarla izləyicisi var. Bunun daha da artmasına çalışırıq".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top