Bakıda quldurluq edən şəxslərin məhkəməsi başlayır

KRİMİNAL 26 may 2023, 19:09
Bakının Səbail rayonunda quldurluqda şübhəli bilinən Şahin Cavadov və Asif Bağışovun cinayət işi üzrə itbidai istintaq başa çatıb.

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfərin bıçaqla hədələnməsi, onların birindən içərisində 2 000 ABŞ dolları və sənədlər olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 

Aparılan əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunublar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi üzrə ittiham irəli sürülüb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top