"Faiq Ağayev və Nura Suri kimilərini görəndə pultu çevirirəm" — Xeyrəddin Qoca

ŞOU-BİZNES 26 may 2023, 16:58
"Bizim bəzi deputatlara baxanda fikirləşmək olar ki, kim istəsə, deputat ola bilər! Amma deputat olmaq o qədər də asan deyil. Gərək, xalq sənə qiymət versin. Xalq içərisində tanınasan".

Bu fikirləri Demokrat.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca deyib.

Onun sözlərinə görə, şou əhli çox vaxt xalq tərəfindən sevilmir, əksinə, onlar haqqında yaxşı fikirlər olmur:

“Azərbaycanda "Xalq artisti" adı almaq olar, amma xalqın sevimlisi olmaq çox çətindir. Səhnəyə çıxıb 5-6 mahnı oxumaqla da xalqın məhəbbətini qazanmaq mümkün deyil".

Xeyrəddin Qoca əlavə edib ki, xalq əsil sənətkarlarını tanıyır və həmişə onları dəyərləndirir:

"Qaldı Faiq Ağayev və Nura Suriyə, elələri səhnəmizdə çoxdurlar və şəxsən mən bənzərlərini görəndə pultu çevirirəm! Deyə bilərlər ki, onların da öz tamaşaçıları, öz "fanatikləri" var. Olsun. Min qat olsun! Fanatiklərin olması deputat olmağa zəmanət vermir! Məni də sevənlər çoxdur, bəs niyə deputat olmuram? 
Onlarla heç bir tanışlığım, şəxsi-qərəzliyim yoxdur. Seçilə bilirlərsə, qoy seçilsinlər! Amma Faiq Ağayev Rəşid Behbudov deyil, Nura Suri də Zeynəb Xanlarova! Kimin sənətkar olduğunu, kimin sənətlə "oynadığını" xalq gözəl bilir!

Bircə fikir söyləyə bilərəm: Heç kim sənəti də, deputatlığı da ucuzlaşdırmağa çalışmasın! Bu onlara başucalığı gətirmir!".


Şəhanə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top