"Türk Evi"nə hücum edənin kimliyi məlum oldu

DÜNYA 25 may 2023, 14:45
Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-York Baş Konsulluğunun yerləşdiyi "Türk Evi"nə hücum edənin şəxsiyyəti müəyyənləşib.

Demokrat.az
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata əsasən, hücum edən şəxs Meksikadan ABŞ-a qeyri-qanuni yolla daxil olan Rəcəb Akbıyık adlı miqrant olub.

Onun Türkiyənin Giresun vilayətindən olduğu deyilir. Hazırda Rəcəb Akbıyıkın barəsində axtarış işləri davam etdirilir. Hələlik onun gizləndiyi yer bəlli deyil. 

Qeyd edək ki, Rəcəb Akbıyıkın keçmişində yaralama, təhdid etmə və narkotik maddə ticarəti ilə məşğul olma kimi cinayət işləri var.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top