Şoyqu: "Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır"

GÜNDƏM 25 may 2023, 12:43
Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.

Demokrat.az
xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bu gün Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həllinin səviyyəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Ancaq Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu qeyd edib. (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top