Qardaşı arvadının ölümündə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 24 may 2023, 11:40
Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xanlar Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İsfəndiyar Nağıyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Şahbuz rayonunun Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. 

Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb. 

X.Heydərova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top