Türkiyə prezidentliyinə namizədin seçki bloku dağılıb

GÜNDƏM 22 may 2023, 18:39
Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğanın rəhbərlik etdiyi “Ata İttifaqı" dağılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə quruma daxil olan Zəfər Partiyasından bildirilib.

Qeyd olunub ki, “Ata İttifaqı" ümumi qərar qəbul etmək və birgə addımlamaq seçimlərindən imtina edib: “Bu gündən etibarən qurumda təmsil olunanlar özləri qərar qəbul edəcəklər”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top