Zelenski: Sülh formulu sammiti 2023-cü ilin iyulunda baş tuta bilər

DÜNYA 21 may 2023, 14:45
“Sülh formulu sammiti 2 iyul 2023-cü ildə - tammiqyaslı müharibənin başlanmasından 500 gün sonra baş tuta bilər”.

Demokrat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitinin işçi sessiyasında deyib.

Dövlət başçısı G7 ölkələrinin liderlərini Ukraynada genişmiqyaslı müharibəyə son qoymaq üçün sülh formulasına qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Ukrayna sülh formulunu elə hazırlayıb ki, onun hər bir bəndi BMT qətnamələri ilə dəstəklənib. Zelenski vurğulayıb ki, “dünyada hər kəs özü üçün həyata keçirməyə kömək edə biləcəyi nöqtəni seçə bilər”.//APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top