Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

DÜNYA 21 may 2023, 13:40
Əfqanıstanın Samanqan əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” terrorçularına məxsus hərbi helikopter qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik xəttinin dayağı ilə toqquşması olub. “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə bilgi verməyib. Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top