
Roma Papası Fransisk İtaliya Yepiskopları Konfransının rəhbəri kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.
APA-nın məlumatına görə, bunu şənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.
Missiyanın vaxtı və iş üsulları hazırda müəyyən edilir.