Lavrovun qızının Gürcüstana getməsinə etiraz edən 16 nəfər saxlanılıb — YENİLƏNİB

REGİON 20 may 2023, 16:17
Bu gün səhər saatlarından etibarən Gürcüstanın Kaxeti bölgəsindəki "Kvareli Lake" hotelinin yaxınlığında keçirilən aksiyada 16 nəfər inzibati qaydada saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) "Interpressnews" saytına açıqlamasında bildirilib.

Məlumata görə, aksiya zamanı polislə vətəndaşlar arasında bir neçə dəfə gərginlik baş verib.


14:57

Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının Gürcüstanın Kaxeti bölgəsindəki "Kvareli Lake" hotelində olması xəbəri etirazlarla qarşılanıb.

Demokrat.az
xəbər verir ki, aralarında müxalifət liderlərinin də olduğu etirazçılar hotelin yaxınlığına toplanaraq aksiya keçiriblər.

Əraziyə çox sayda polis cəlb edilib. Aksiyada bir neçə müxalifət fəalının saxlanıldığı bildirilir.

Mediada yayılmış məlumatlara görə, sözügedən hotel tam bron edilib və orada Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurovun qardaşının toy mərasimi üçün hazırlıqlar görülür. Sergey Lavrovun qızının da həmin hoteldə qaldığı qeyd olunub.

Hotelin yaydığı məlumatda isə qonaqlar arasında Lavrov soyadlı heç kimin olmadığı bildirilib.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top