Dünya

Volodimir Zelenski Yaponiyada səfərdədir

Volodimir Zelenski Yaponiyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Hirosimada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yaponiya XİN-in məlumatına əsasən, daha əvvəl Ukrayna dövlət başçısının sammitdə onlayn rejimdə iştirak edəcəyi gözlənilirdi. Qeyd edilib ki, V.Zelenski sonradan sammitdə şəxsən iştirak etmək istəyib və Yaponiya hökuməti bu təklifi qəbul edib.//Report

D
demokrat.az