Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edilib

KRİMİNAL 20 may 2023, 00:13
Zaqatalada özünü informasiya saytının rəhbəri kimi təqdim edib, dələduzluqla məşğul olan şəxs həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edən, rayonun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayev saxlanılıb.

Onun barəsində Zaqatala Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan qərarı çıxarılıb.

Qeyd edək ki, V. Musayev barəsində carı ilin fevral ayının sonlarında Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top