Bu ştatda "TikTok" tam qadağan EDİLDİ

SOSİAL MEDİA 18 may 2023, 08:00
ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda Çinin "TikTok" sosial şəbəkəsini qadağan edən qanun imzalayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. 

"Montana sakinlərinin məxfiliyini Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - Canforte yazıb.

Sənədə əsasən, yanvarın 1-dən etibarən "TikTok" Montana ştatında işləməyəcək. Həmçinin, "Apple App" və "Google Play" kimi proqram mağazalarının onu yükləmək üçün mümkün olmayacaq. 

Qadağanın pozulması gündə 10.000 dollara qədər cərimə ilə nəticələnəcək. Adi istifadəçilərə cərimə tətbiq edilməyəcək.

ABŞ səlahiyyətliləri hesab edir ki, Çin amerikalılar haqqında məlumat toplamaq üçün "TikTok"dan istifadə edə bilər. 2022-ci ilin sonunda ABŞ Konqresi "TikTok"u federal qurumlara məxsus telefon və digər cihazlardan qadağan edən qanun layihəsini təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top