Vətən Müharibəsi şəhidinin anası vəfat etdi

HADİSƏ 15 may 2023, 11:42
Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib.

Demokrat.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub. 

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top