Dövlət Agentliyi “Aselsan”dan 11 min manatlıq ratsiya alır

İKT 15 may 2023, 10:35
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Türkiyə Respublikasının “Aselsan Bakü” şirkəti (VÖEN – 1700022281) olub.

Demokrat.az
xəbər verir ki, tenderin qalibi olan şirkət Dövlət Ehtiyatları Agentliyinin sifarişi əsasında bu quruma 28 ədəd radiocihaz (Ratsiyalar) satacaq və qarşılığında 10 min 704 manat 96 qəpik (1 ədədi 382 manat) alacaq.

Qeyd edək ki, “Aselsan Bakü” şirkəti 11.02.1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 735 min 212 dollar olan şirkətin qanuni təmsilçisi Özgur Kurumdur.(Yeni Avaz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top