"Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda tədbir — FOTOLAR

GÜNDƏM 10 may 2023, 14:20
Paytaxtın Xətai rayonu Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda ədəbi-bədii tədbir keçirilib. 

Demokrat.az
xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, YAP Xətai rayon təşkilatının nümayəndələri və digər qonaqlar iştirak edib. 

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Daha sonra tədbirdə şagirdlərin ifasında Ümummilli liderə həsr olunan nəğmələr, şerlər səsləndirilib, bir-birindən maraqlı kompozisiya təqdim edilib.


















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top