Parlamentdə Heydər Əliyevlə bağlı xüsusi iclas keçiriləcək — Bu tarixdə

GÜNDƏM 08 may 2023, 14:40
Mayın 16-da Milli Məclisdə “Heydər Əliyev İli”nə həsr olunan xüsusi iclas keçiriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda bir sıra ölkələrin parlament nümayəndələri də iştirak edəcək. 

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı bu barədə məlumat vermişdi. Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq.

“Milli Məclisin və komitələrinin yubileylə bağlı tədbirlər planları hazırlanıb. Parlamentin ulu öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcək. Digər tədbirlərin də təşkili nəzərdə tutulur”, - deyə spiker vurğulamışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top