Bakıda 23 yaşlı qız əməliyyatdan sonra komaya düşüb öldü

HADİSƏ 06 may 2023, 18:31
Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top