“Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb konyunkturada bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır”.
Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
“Əminik ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövləti və xalqı bundan sonra da, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, daim həmrəylik, milli birlik, vahid amal uğrunda yumruq kimi bir olacaqdır.
Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərimizin ruhu şaddır və Azərbaycan var olduqca ümummilli lider Heydər Əliyev də var olacaq”,-deyə XİN başçısı əlavə edib.