Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir? — VİDEO

İQTİSADİYYAT 05 may 2023, 10:10
Həmişə bazarlarda mövsümü olmayan meyvələr bahalığı ilə seçilir.

Demokrat.az
XəzərXəbər-ə istinadən bildirir ki, bazara yerli gilas çıxarılıb. Kilosu 70 manata təklif olunan meyvənin ucuzları da var, axtarsanız kilosunu 20 manata da tapmaq olar. “Ancaq ölçüsü və dadında fərq olacaq”.

Satıcılar bildirir ki, satılan gilaslar Şəmkir məhsuludur. Onların sözünə görə, alıcıları kifayət qədərdir. Satılan gilas istixanada yetişsə də, ağacdan dərilir.

Piştaxtada mövsümü olmayan tuta da rast gəlmək olur. Onun da kilosu 15 manatdan başlayır. Göyçay və Sabirabad məhsuludur. “Alıcılar isə qiymətlərin bahalığından gileylidirlər.”

Satıcılar bildirdilər ki, 2 həftədən sonra gilasın və tutun qiyməti kəskin ucuzlaşacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top