Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını DANIŞDI — VİDEO (YENİLƏNDİ)

GÜNDƏM 02 may 2023, 21:21
“Bircə ona pis oluram ki, uşağım o dünyaya ac getdi”.

Bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova deyib.


O bildirib ki, oğluna məşqçisi Mehman Xəlilov tərəfindən idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb.

Mərhum azyaşlının anası onu da qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb:

“Morqa getdim, ama nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.

7 yaşlı Fəridin anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir:

“Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.

Ətraflı verilişi təqdim edirik:


xxx
“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.


Bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır: “O adam həbsxanada çürüməlidir”.

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Ətraflı verilişi təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top