Milyarder sayt rəhbərini məhkəməyə verdi — 5 minlik tələb

HADİSƏ 01 may 2023, 11:08
Milyarder Gülağa Tənha Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəriblini məhkəməyə verib.

Jurnalist Bakupost.az -a açıqlamasında bildirib ki, iddia ərizəsi ilə tanış olub:

“Gülağa Tənhanın vəkili mənə qarşı mülki iddi qaldırıb. Tələbi budur ki, 2017-ci ilin fevral ayında saytımızda Moderator.az- a istinadən dərc edilən yazı silinsin və təkzib verilsin. İddiada Gülağa Tənha həm də bizdən 5000 manat maddi təzminat da istəyir. Mən araşdırdım və gördüm ki, həmin yazı istinad etdiyimiz ilkin mənbədən silinib. Bizə yazının silinməsilə bağlı əsaslı səbəb təqdim olunsaydı, biz də qanunun tələbinə əməl edib, yazının silinməsini təmin edərdik. Təəssüf ki, qarşı tərəfdən bizə belə bir müraciət olunmayıb. İddianı əsasız sayır və hesab edirik ki, belə məsələlərin tənzimlənməsi üçün məhkəməyə qədər də çoxlu vasitələr var. Onlar bu yolu seçiblərsə, biz də qanuni üsullarla mübarizəmizi davam etdirib, özümüzü müdafiə edəcəyik”.



Fotoda: Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top