Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 69 % artıb

BİZNES 29 apr 2023, 18:00
Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalının ümumi dəyəri 466,4 milyon manat təşkil edib.

Demokrat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 % artıb, kimya sənayesi məhsullarının istehsalı isə 11,2 % azalıb.

Eyni zamanda, kimya sənayesi məhsullarından karbamid istehsalı 34,3 %, metanol (metil spirti) istehsalı 48,8 % azalıb, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72 % , sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,5 %, plastmas, çubuqlar, millər və profillərin istehsalı isə 38 % artıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top