YapiKredi Müraciət Forması
İdman

Azərbaycanın dünya ölkələrinin qlobal idman reytinqində mövqeyi açıqlandı

Azərbaycanın dünya ölkələrinin qlobal idman reytinqində mövqeyi açıqlandı

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Demokrat.az xəbər verir ki, Apasport-un məlumatına görə, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 70 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 58-cisidir. Azərbaycanın hesabında 11 xal var.

Bunun hamısı qadın boksçuların hesabındadır. Elə bu səbəbdən ölkəmiz qadınların reytinqində 45-cidirsə, kişilərin cədvəlindən kənardadır.

Azərbaycan Avropada 31-ci yerdədir. Boks üzrə sıralamada isə idmançılarımız 21-cidir.

Qeyd edək ki, reytinqə 1111 xala malik Norveç başçılıq edir. Almaniya 835 xalla ikinci, 685 xala malik ABŞ üçüncüdür.

D
demokrat.az