Vilayət Eyvazov bu şəxslərlə bağlı əmr imzaladı

SOSİAL 27 apr 2023, 23:10
Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı Polis Bölməsinin rəisi tutduqları vəzifədən azad olunublar.
 
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Belə ki, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyev tutduqları vəzifədən azad olunublar.
 
Hər ikisinin sərəncama götürüldüyü bildirilir./Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top