Papa Fransisk qadınlara səsvermə hüququ verir

DÜNYA 27 apr 2023, 16:48
Roma Papası Fransisk yepiskop olmayanlara və qadınlara Yepiskoplar Palatasında səsvermə hüququ verib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Vatikanın bəyanatına görə, Roma Papası Katolik Kilsəsinin mühüm məşvərət orqanlarından biri olan Yepiskoplar Məclisinin idarəçiliyi ilə bağlı normalarda bəzi dəyişiklikləri təsdiqləyib.

Papa Fransiskin etdiyi dəyişikliklə yepiskop olmayan üzvlərə də səsvermə hüququ verilib.

Ən diqqətçəkən dəyişiklik, yepiskop olmayanlara, xüsusən də qadın üzvlərə indiyə qədər yalnız yepiskopların səs verə bildiyi Sinodda səsvermə hüququnun verilməsi olub.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top