Ukraynada daha bir gürcü döyüşçü həlak oldu

DÜNYA 26 apr 2023, 19:40
Ukraynada daha bir gürcü döyüşçü həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Qafqaz Legionunun komandiri Lado Qamsaxurdiya sosial media hesabında məlumat paylaşıb.

Həlak olan döyüşçü Zurab Odişvilinin Qafqaz Legionunun üzvü olduğu bildirilib. Döyüşçünün meyiti ölüm səbəbinin müəyyən edilməsi məqsədilə tibbi ekspertizaya aparılıb.

Onun kimyəvi bomba partlayışından ölməsi ehtimal edilir. Bununla da Ukraynada həlak olan gürcü döyüşçülərin sayının 43-ə çatdığı bildirilib.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top