Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif etdi

SİYASƏT 25 apr 2023, 17:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.

Demokrat.az
“Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top