Avropada hər il 1200-dən çox azyaşlı bu səbəbdən dünyasını dəyişir

DÜNYA 25 apr 2023, 17:04
Avropada hər il 1200-dən çox azyaşlı bu səbəbdən dünyasını dəyişir Havanın çirklənməsi hər il Avropada 1200-dən çox uşaq və gəncin ölümünə səbəb olur. 

Demokrat.az
xəbər verir ki, bu barədə Avropa Ətraf Mühit Agentliyi hesabatında qeyd olunur. 

Qurumun dərc etdiyi hesabatda çirklənmənin xəstəlik riskini əhəmiyyətli dərəcədə artırdığı deyilir. 

Hesabata görə, Şərqi Avropa və İtaliya çirklənmədən ciddi şəkildə təsirlənən ərazilər sırasındadır.

Qeyd edək ki, hava çirklənməsi ən çox ürək xəstəliyi, insult, ağciyər xəstəlikləri və ağciyər xərçənginin yaranmasına səbəb olur. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top