Türkiyə, Suriya, İran və Rusiya müdafiə nazirləri Moskvada bir araya gəlir

XARİCİ SİYASƏT 25 apr 2023, 15:25
Türkiyənin Müdafiə naziri Hulusi Akar və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri Hakan Fidan Türkiyə, Rusiya, Suriya və İran arasında keçiriləcək “dördtərəfli görüş”də iştirak etmək üçün Moskvaya səfərə gedib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə rəsmilərini Moskva hava limanında Rusiya rəsmiləri ilə yanaşı, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, görüşdə Hulusi Akar və Hakan Fidanla yanaşı, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbas və İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani iştirak edəcək. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top