Vahid Əhmədov: "Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması böyük nailiyyətdir"

GÜNDƏM 25 apr 2023, 13:16
"Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük nailiyyətdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Vahid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət özünü doğruldur:

"Düzdür, orada müəyyən təxribatlar və ya problemlər ola bilər. Amma, artıq Ermənistandan Qarabağa heç nə daşımaq mümkün olmayacaq. 

Ermənilər də başa düşürlər ki, vəziyyət tamamilə dəyişir. Faktiki olaraq sərhəddə sərhədçilərimizin qoyulması bir daha onu göstərdi ki, Cənab Prezidentin apardığı siyasət özünü doğruldur".

Deputat qeyd edib ki, erməni icması ilə hazırda müəyyən danışıqlar gedir və həmin danışıqların yaxın gələcəkdə müsbət nəticəsi olacaq:

"Cənab Prezidentin dediyi kimi, "Kim Azərbaycanın suverenliyini, gerbini, bayrağını, milli valyutasını və s. qəbul edirsə, qalıb burada yaşasın. Kim yaşamaq istəmirsə, artıq özünün işidir, özü həll etsin". Hazırda rus sülhməramlıları da orada bizim sərhədçilərlə təmasda işləyir. Çalışmaq lazımdır ki, bundan sonra ciddi problemlər yaşanmasın. Bu, bizim üçün çox ciddi əhəmiyyətli məsələdir. Gələcəkdə ümumiyyətlə ola bilsin ki, o yol heç olmasın. Çünki sərhədlər delimitasiya və demarkasiya olunandan sonra o yola ehtiyac olmayacaq".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top