Səhər saatlarında Türkiyənin Ədirnə vilayətində dəhşətli qəza baş verib.
Demokrat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, miqrantları daşıyan mikroavtobusun dükana çırpılması nəticəsində 10 nəfər həyatını itirib, 30 nəfər yaralanıb. Məlumata görə, ölən və yaralıların hamısı miqrantlardır.
Dəhşətli qəza, polis xəbərdarlığına məhəl qoymayan sürücünün idaretməni itirməsi nəticəsində baş verib. Belə ki, polis, mikroavtobusda qeyri-leqal miqrantlardan şübhələnərək onu saxlamaqda qərarlı olub. Lakin sürücü xəbərdarlıqdan boyun qaçıraraq mikroavtobusu yaxınlıqdakı dükana çırpıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Zaur Zahidoğlu
Demokrat.az