Qazaxıstanda partlayışda ölənlər var — VİDEO

DÜNYA 25 iyn 2019, 19:12

Qazaxıstanın Türküstan vilayətinin Aris şəhərində hərbi hissələrindən birində silah anbarının partlaması nəticəsində 165 nəfər yaralanıb.

 

Demokrat.Az İHA-ya istinadən xəbər verir ki, yarlılardan ikisi bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

 

Daxili İşlər nazirinin müavini Yuri İlyinin sözlərinə görə, şəhərdə təxliyyə işləri davam edir:

 

“Fövqəladə vəziyyət olan bölgədən 2815 nəfər, ümumilikdə isə şəhərdən 41 mindən çox sakin təxliyyə edilib. Təxliyyə işləri davam etdirilir”.

 

Müdafiə naziri Nurlan Yermekbayevin sözlərinə görə, təxliyyə işlərinə 1200-dən çox əsgər səfərbər edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top