Suğra Bağırzadə əməliyyat olundu

MƏDƏNİYYƏT 22 apr 2023, 10:38
Əməkdar artist Suğra Bağırzadə gözündən əməliyyat olunub.

OLAY yazır ki, bununla bağlı məşhur göz həkimi Cahid Şahbazov məlumat yayıb.

O bildirib ki, aktrisa problem həll olunmasa, yeni layihə təklifini rədd edəcəkmiş:

“Dəyərli Suğra xanım Bağırzadə mənə çox dəyərli və əsla unutmayacağım kəlmələri bəxş etdi! Yeni aldığı xarici bir layihədə iştirakına, yalnız uğurlu əməliyyat keçirəcəyi halda razılıq verəcəyini bildirdi. Bu foto əməliyyatdan sonra ikinci ayımızda çəkilib və bir neçə gün sonra Suğra xanım çəkilişlərə start verəcəyini bildirdi!

Mənə və kollektivimə təşəkkür etdi! Uzun zamandır bu tip şəkillər paylaşmıram, lakin Suğra xanımla şəkil arxivimin ən dəyərli və məna dolu şəkli olacaq! Dünyada çox az mərkəzdə icra olunan ən müasir, teleskopik linza əməliyyata görə bizi seçdiyi üçün çox qürurlandığımı etiraf edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top