“WhatsApp” əməkdaşlarını kütləvi şəkildə ixtisar etməyi planlaşdırır

İKT 20 apr 2023, 00:16
ABŞ-nin “Meta” korporasiyası işçilərin yeni kütləvi ixtisarına başlamaq qərarına gəlib, “WhatsApp” və “Instagram”ın komandaları yenidən qurulacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

İxtisarlar təsisçi Mark Sukerberqin bu il İT nəhənginin səmərəliliyini artırmaq istəyindən irəli gəlir.

“Şirkət menecerlərə aprelin 19-da işdən çıxarma elanlarına hazırlıqlı olmalarını söyləyib, məlumat xidməti bildirişlə göndərilib”, - məqalədə qeyd olunub.

Bildirilib ki, ixtisarlar həmçinin “Facebook”, “WhatsApp”, “Instagram” və şirkətin virtual reallıq və qadcetlərini hazırlayan “Reality Labs” şirkətlərinin əməkdaşları arasında da aparılacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top