"Bu gün ölkəmizdə İran xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin ifşası və onların həbsi istiqamətində mühüm addımlar atılır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Deputat deyib ki, artıq İranla bağlı ortada sübut olunmuş mühüm faktlar var:
"Azərbaycan dövlətinə qarşı, dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi planlaşdırılan mühüm faktlar ortaya çıxırb. Məhz buna görə də, İranın Azərbaycandakı səfirliyinin nümayəndələrindən 4 nəfəri arzuolunmaz şəxs elan edilib və ölkəmizdən çıxartmaq haqqında qərar qəbul olunub.
Əlbəttə ki, həmin şəxslər səfirlikdə fəaliyyət göstərən kəşfiyyatçılar ola bilər. Eyni zamanda birbaşa o şəxslərə, icraçılara işləyən şəxslər də ola bilər. Sadəcə olaraq, diplomatik toxunulmazlıqları olduğuna görə onların buradan getməsi arzu olunub. Onların da çox güman ki, artıq əməlləri sübuta yetirilib. Məlumdur ki, həmin diplomatlar əlaqələrində olan agentura şəbəkəsi vasitəsiylə Azərbaycan ərazisində onların fəaliyyətini koordinasiya etməklə, idarə etməklə məşğul olublar. Məhz buna kəşfiyyat orqanlarının keçirdikləri əks kəşfiyyat tədbirləri nəticəsində həmin şəxslərin fəaliyyətinə aydınlıq gətirib. Bu koordinatorların, bu təşkilatçıların ölkədən diplomatik fəaliyyətinə uyğun olmayan əməllə məşğul olduqlarına görə çıxarılması haqqında qərar qəbul olunub. Əsas məqsəd də budur".
Nəzrin
Demokrat.az