Nazir Naxçıvana yeni DYP rəisi təyin etdi — ƏMR

HADİSƏ 04 aprel 2023, 16:37
Naxçıvan Muxtar Respublikasının Daxiıi İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib. Avtosfer.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Mais Məmmədov DYP İdarəsinə rəis təyin olunub.

Xatırladaq ki, M. Məmmədov Suraxanı rayon DYP  rəisi olub və bir müddət idi ki, Naxçıvanda rəis müavini vəzifəsini icra edirdi.

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyevişdən azad edilib. O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təhcizat Şöbəsində inspektor vəzifəsinə təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 10:48
05 avqust 2025, 10:40
Top